Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Xaçmaz rayonunun Qusarçay kənd sakini Ə.Zülfüqarov müəyyən edilərək saxlanılmışdır
10.07.2021Xaçmaz RPŞ-yə müraciət edən şəhər sakini B.Quliyev iyulun 10-da şəhər ərazisindən “VAZ-2104” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil N.Nərimanov küçəsində tapılmış, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qusarçay kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Zülfüqarov müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.