Bakı şəhər sakini B.Ağayevdən 63 qrama yaxın heroin, 102 qrama yaxın metamfetamin və elektron tərəzi aşkar edilərək götürülmüşdür
10.07.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini B.Ağayev Xətai rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 63 qrama yaxın heroin, 102 qrama yaxın metamfetamin və elektron tərəzi aşkar edilərək götürülmüşdür.