Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini V.İbrahimov saxlanılmışdır
10.07.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini V.İbrahimov Yasamal rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 3 qram heroin və 5 qram metamfetamin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun D.Bünyadzadə küçəsində kirayədə yaşadığı mənzilə baxış zamanı oradan 18 qram heroin, 50 qram metamfetamin və elektron tərəzi götürülmüşdür.