Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini V.Məmmədovun soyğunçuluq etdiyi də müəyyən edilmişdir
10.07.2021Suraxanı RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini V.Məmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.
Ətrafında aparılmış tədbirlərlə onun G.Məmmədovaya zor tətbiq edib soyğunçuluq yolu ilə içərisində 800 manat və sənəd olan pulqabısını alması da müəyyən edilmişdir.