Xaçmaz rayon sakini E.Ramazanovun idarə etdiyi avtomobidən 1 ədəd süngü bıçaq, sərnişini O.Səfəridən isə 132 qrama yaxın heroin və 4 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür
10.07.2021Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş E.Ramazanovun idarə etdiyi “VAZ-21140” markalı avtomobilə baxış zamanı oradan 1 ədəd süngü bıçaq, sərnişini - həmyerlisi, əvvəllər məhkum olunmuş O.Səfəridən isə 132 qrama yaxın heroin və 4 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür.