Xuliqanlıq zəminində Kürdəmir rayon sakini F.Həsənova məxsus avtomobil istiqamətində 2 dəfə tüfəngdən atəş açmaqda şübhəli bilinən N.Rüstəmov saxlanılmışdır
10.07.2021Göyçay RPŞ-yə iyulun 10-da saat 23 radələrində Ləkçıplaq kəndi ərazisində kənd sakini N.Rüstəmovun sərxoş vəziyyətdə xuliqanlıq zəminində Kürdəmir rayon sakini F.Həsənova məxsus “Kia” markalı avtomobilin istiqamətində 2 dəfə tüfəngdən atəş açması və orada olan 5 nəfərə sıyrıq və qırma xəsarətləri yetirməsi barədə məlumat daxil olmuşdur.
Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində N.Rüstəmov saxlanılmışdır. Ondan cinayətin aləti olan “TOZ” markalı ov tüfəngi götürülmüşdür.