Kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülmüşdür
10.07.2021Sabirabad RPŞ RPŞ əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Moranlı kənd sakini, əvvəllər məhkum olunmuş R.Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Tel kəndinin meşə ərazisində kənd sakini İ.Əlimulayev tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 311 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.