Yevlax rayonunun Ələş kəndi ərazisində yol-nəqliyyat hadisəsi
10.07.2021İyulun 10-da saat 17 radələrində Yevlax rayonunun Ələş kəndi ərazisində M.Əliyevin idarə etdiyi “QAZ-2705” və F.Mustafayevin idarə etdiyi “Lada Priora” markalı avtomobillər toqquşmuşdur. Nəticədə F.Mustafayevin sərnişini Nuru Kərimov hadisə yerində ölmüş, özü və digər sərnişini Ə.Quliyev xəstəxanaya yerləşdirilmişlər.
Yevlax RPŞ tərəfindən araşdırma aparılır.