Bakı şəhər sakini R.Musayevin qol və qarın nahiyələrinə vintaçan və şüşə parçası ilə xəsarət yetirərək pul tələb etməkdə şübhəli bilinən Abşeron rayon sakini A.Əlimərdanov saxlanılmışdır
09.07.2021Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə iyulun 9-da saat 1 radələrində Cavadxan küçəsində bir nəfərin Bakı şəhər sakini, 16 yaşlı R.Musayevin qol və qarın nahiyələrinə vintaçan və şüşə parçası ilə xəsarət yetirərək pul tələb etməsi barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Abşeron rayon sakini A.Əlimərdanov müəyyən edilərək saxlanılmışdır.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.