Ucar rayonunun Müsüslü kəndi ərazisində 5 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir
09.07.2021İyulun 9-da saat 3 radələrində Ucar rayonunun Müsüslü kəndi ərazisində Zaqatala rayon sakini Nazim Axundov idarə etdiyi “Mercedes Vito” markalı mikroavtobusu qarşıda gedən Gədəbəy rayon sakini S.Abdullayevin idarə etdiyi “Howo” markalı yük avtomobilinə vurmuşdur. Nəticədə N.Axundov və 4 sərnişini hadisə yerində ölmüş, 2 sərnişin isə xəsarətlə xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.