Bakı şəhər sakini Ş.Məlikovdan 58 qramdan artıq heroin, 9 qrama yaxın metamfetamin və elektron tərəzi götürülmüşdür
09.07.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Ş.Məlikov Nəsimi rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 58 qramdan artıq heroin, 9 qrama yaxın metamfetamin və elektron tərəzi aşkar edilərək götürülmüşdür.