Gəncə şəhər sakinləri O.Abdullayev və C.Mayılovdan metamfetamin, E.Abdullayevdən isə heroin götürülmüşdür
08.07.2021Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - O.Abdullayev, C.Mayılov və E.Abdullayev saxlanılmışlar. Şəxsi axtarış zamanı O.Abdullayev və C.Mayılovdan metamfetamin, E.Abdullayevdən isə heroin aşkar edilərək götürülmüşdür.