Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində “Nissan” və “Mercedes” markalı avtomobillər toqquşmuşdur

08.07.2021

İyulun 8-də saat 15 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri H.Babayevin idarə etdiyi “Nissan” və T.Nəsibovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə T.Nəsibovun sərnişini, paytaxt sakini Mahilə İbrahimova aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.