Balakən rayonunun Sarıbulaq kəndi ərazisində “BMW” markalı avtomobillə rayon sakini Əfqan Puçaxov vurulmuşdur
05.07.2021İyulun 5-də saat 14 radələrində Balakən rayonunun Sarıbulaq kəndi ərazisində Salyan rayon sakini S.Abbasov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Tülü kənd sakini Əfqan Puçaxovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Balakən RPŞ tərəfindən araşdırma aparılır.