Ağdam rayonunun Cinli kəndi ərazisində 10 hektar sahədə yabanı halda bitmiş çətənə kolları məhv edilmişdir
05.07.2021Ağdam RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Cinli kəndi ərazisində 10 hektar sahədə yabanı halda bitmiş, çəkisi 1,3 tona yaxın 2682 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir.