Göyçay rayon sakini Elnur Cavadov ov tüfəngindən açdığı atəşlə arvadı Ülviyyəni sonra isə özünü öldürmüşdür
03.07.2021Göyçay Rayon Polis Şöbəsinə iyulun 3-də rayon sakini Elnur Cavadovun yaşadığı Mallı-Şıxlı kəndindəki evin həyətində münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə arvadı Ülviyyəni, sonra isə özünü öldürməsi barədə məlumat daxil olmuşdur.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Hadisə yerindən cinayətin aləti olan “İJ-12” markalı ov tüfəngi götürülmüşdür.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanmışdır.