Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

03.07.2021

İyulun 2-də saat 23 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini İmran Mirzəyev vurulmuş və o, aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Bakı ŞBPİ və Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Ford” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini E.Abuzərov müəyyən edilərək saxlanılmışdır.