Buzovna qəsəbəsində İlham Vəliyevi avtomobillə vuraraq ölümünə səbəb olmaqda şübhəli bilinən Bakı şəhər sakini S.Hacıyev saxlanılmışdır
03.07.2021Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə iyulun 1-də Buzovna qəsəbəsində İlham Vəliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyitinin yaşadığı evin qarşısında tapılması barədə məlumat daxil olmuşdur.
Araşdırmalarla onun Bakı şəhər sakini S.Hacıyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulması müəyyən edilmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hacıyev saxlanılmışdır.