Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Abşeron rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Dadaşov saxlanılmışdır

01.07.2021

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 30-na keçən gecə rayon ərazisindəki evlərin birindən 1300 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Dadaşov saxlanılmışdır.

Ətrafında aparılmış tədbirlərlə onun digər evdən 2 ədəd ov tüfəngi oğurlaması və L.Nağıyevə məxsus “Nissan” markalı avtomobili qaçırması da müəyyən edilmişdir.

Polis əməkdaşları tərəfindən A.Dadaşovdan tüfənglər götürülmüş, avtomobil Masazır qəsəbəsi ərazisində tapılmışdır.

01.07.2021 tarixinə olan kriminal məlumatlar