Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quldurluq etməkdə şübhəli bilinən paytaxt sakini A.Tahirbəyov müəyyən edilərək saxlanılmışdır

01.07.2021

Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Abdullayev iyulun 1-də saat 19 radələrində M.Nərimanov küçəsində iki nəfərin onu bıçaqla hədələyib 258 manat pulunu aldığını bildirmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini A.Tahirbəyov müəyyən edilərək saxlanılmışdır. Digər şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Araşdırma aparılır.

01.07.2021 tarixinə olan kriminal məlumatlar