Lənkəran rayonunun Girdəni kəndi ərazisində yol-nəqliyyat hadisəsi
01.07.2021İyulun 1-də saat 6 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisində Digah kənd sakini A.Rəsulzadə idarə etdiyi “Howo” markalı yük avtomobili ilə qarşıda gedən Masallı rayon sakini İsayət Əhmədovun idarə etdiyi “İJ” markalı motosikleti vurmuşdur. Nəticədə İ.Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.