Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qusar rayonu ərazisindəki evlərin birindən 11800 manat pul oğurlamaqda şübhəli bilinərək Hacıqabul rayonu ərazisində saxlanılmış A.Məmmədova məxsus avtomobildən silah-sursat aşkar edilərək götürülmüşdür

28.06.2021

Qusar RPŞ-yə iyunun 27-də rayon ərazisindəki evlərin birindən 11800 manat pul oğurlanması barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini A.Məmmədova müəyyən edilmişdir. Görülmüş tədbirlərlə onun olduğu “Ford Transit” markalı avtomobil iyunun 27-də saat 23 radələrində BDYPİ-nin Hacıqabul rayonu ərazisində yerləşən postunda saxlanılmış, A.Məmmədova Hacıqabul RPŞ-yə təhvil verilmişdir.

Şəxsi axtarış zamanı A.Məmmədovadan 10910 manat pul və 1 ədəd qızıl üzük götürülmüşdür.

Avtomobilə baxış zamanı isə oradan “AKS-74U” markalı avtomat, 24 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülmüşdür.

28.06.2021 tarixinə olan kriminal məlumatlar