Bakı şəhər sakini M.Cəfərova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri M.Babayev və Z.Söhrabov saxlanılmışlar
28.06.2021Bakı ŞBPİ və Nizami RPİ 23-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 22-də M.Cəfərova məxsus qaçırılmış “VAZ-2107” markalı avtomobil iyunun 28-də saat 22 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində əzilmiş vəziyyətdə tapılmışdır.
Davam etdirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – M.Babayev və Z.Söhrabov müəyyən edilərək saxlanılmışlar.