Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Tovuz rayonu ərazisindəki fermaların birindən 400 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən S.Məmmədov və O.Məmmədov saxlanılmışlar

28.06.2021

Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 25-də rayon ərazisindəki fermaların birindən 400 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Düz Cırdaxan kənd sakinləri S.Məmmədov və O.Məmmədov saxlanılmışlar.

Davam etdirilən tədbirlərlə onların rayon ərazisindəki bir daş karxanasından 600 metr, bir fermadan isə 1800 metr elektrik naqili oğurlamaları da müəyyən edilmişdir.

28.06.2021 tarixinə olan kriminal məlumatlar