Yevlax rayonu ərazisindəki mağazaların birindən pul və danışıq kartları oğurlamaqda şübhəli bilinən E.Şirinov saxlanılmışdır
28.06.2021Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 14-də rayon ərazisindəki mağazaların birindən 4000 manat pul və 800 manat dəyərində danışıq kartları oğurlamaqda şübhəli bilinən Duzdağ kənd sakini E.Şirinov saxlanılmışdır.