Gün ərzində törədilmiş 39 cinayətin üstü “isti izlər”lə açılmışdır
27.06.2021Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 39 cinayətin üstü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 14 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 5 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılmışdır.