Oğurluqda şübhəli bilinən Qobu qəsəbə sakini R.Soltanov saxlanılmışdır
27.06.2021Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 26-da Qobu qəsəbəsi ərazisindəki apteklərin birindən 2 ədəd noutbuk, 3 ədəd telefon, modem və kompyuterin yaddaş diskini oğurlamaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Soltanov saxlanılmışdır. Ətrafında aparılan tədbirlərlə onun həmin gün digər bir marketdən 150 manat pul, 446 manat dəyərində spirtli içki və tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.