Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Lənkəran rayonunun Səpnəkaran kənd sakini Ə.Fətullayevdən narkotik vasitələr götürülmüşdür

27.06.2021

Lənkəran ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Səpnəkaran kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Fətullayevdən heroin aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun yaşadığı evin həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş 4 ədəd çətənə kolu da götürülmüşdür. Ətrafında aparılan tədbirlərlə onun bir yarımtikili evdən paltaryuyan, otbiçən, su mühərriki, məişət əşyaları, 150 metr naqil,  digər evdən isə 3800 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.