Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Münaqişə zəminində tüfəngdən açdığı atəşlə qaynına xəsarət yetirmiş Goranboy rayon sakini R.Hacıyev Rayon Polis Şöbəsinə gələrək istintaqa təslim olmuşdur

25.06.2021

İyunun 25-də Goranboy Rayon Polis Şöbəsinə gələn Nizami kənd sakini R.Hacıyev saat 13 radələrində kənd ərazisində münaqişə zəminində tüfəngdən açdığı atəşlə qaynı M.İbrahimova xəsarət yetirdiyini bildirərək istintaqa təslim olmuşdur.

Polis əməkdaşları tərəfindən ondan cinayətin aləti olan müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng götürülmüşdür.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

25.06.2021 tarixinə olan kriminal məlumatlar