Abşeron rayonunun Atyalı qəsəbəsi ərazisində “KİA” markalı avtomobillə yolu keçən Şəmkir rayon sakini Z.Həsənova vurulmuşdur
25.06.2021İyunun 25-də saat 23 radələrində Abşeron rayonunun Atyalı qəsəbəsi ərazisində Şamaxı rayon sakini Q.Nəbiyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Şəmkir rayon sakini Ziyafət Həsənovanı vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.