Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
25.06.2021İyunun 26-da saat 1 radələrində Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini İ.Məmmədov idarə etdiyi “Renault” markalı avtomobili beton yol ayırıcısına vurması nəticəsində qopmuş beton parçası Masazır qəsəbə sakini N.Baxşıyevin idarə etdiyi “Hyundai” markalı avtomobilin alın şüşəsini sındırmış, sərnişini Tofiq Məmmədova dəymişdir. T.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.