Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Lənkəran rayonunun Havzova kəndi ərazisində münaqişə zəminində tüfəngdən açılan atəşlə kənd sakinləri E.Fərəcov və A.Mirzəzadə öldürülmüşdür

23.06.2021

Lənkəran ŞRPŞ-yə iyunun 23-də saat 22 radələrində Havzova kəndi ərazisində kənd sakini S.Şiriyevin münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndliləri Elmar Fərəcovu və  Alim Mirzəzadəni öldürüb hadisə yerini tərk etməsi barədə məlumat daxil olmuşdur.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Lənkəran ŞRPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.