Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində “VAZ-2106” markalı avtomobil aşmışdır
23.06.2021İyunun 23-də saat 9 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini İlham Babayev idarə etdiyi “VAZ-2106” markalı avtomobili aşırmışdır. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölmüşdür.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.