Zaqatala rayonunun Qandax kəndi ərazisində motosikletlə “Mercedes” markalı mikroavtobus toqquşmuşdur
23.06.2021İyunun 22-də saat 14 radələrində Zaqatala rayonunun Qandax kəndi ərazisində kənd sakini Vasif Əsgərovun idarə etdiyi motosikletlə Muğanlı kənd sakini R.İsmayılovun idarə etdiyi “Mercedes” markalı mikroavtobus toqquşduqdan sonra mikroavtobus aşmışdır. Nəticədə R.İsmayılovun sərnişinlərindən Zöhrə Cəbiyeva hadisə yerində ölmüş, digər 2 sərnişini, habelə V.Əsgərovun sərnişini xəstəxanaya yerləşdirilmişlər.
Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.