Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini B.Sadıqov saxlanılmışdır

23.06.2021

Xətai RPİ 35-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini B.Sadıqov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilmişdir.

Davam etdirilən tədbirlərlə ona məxsus “Hyundai” markalı avtomobilin yük yerinə baxış zamanı isə oradan 10 kiloqram 125 qram marixuana götürülmüşdür.