Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quldurluqu etməkdə şübhəli bilinən Abşeron rayon sakini A.Həsənov və Bakı şəhər sakini İ.Əhmədov müəyyən edilərək saxlanılmışlar

19.06.2021

Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə müraciət edən Gədəbəy rayon sakini R.İsmayılzadə iyunun 19-da 2 nəfərin onu döyüb bıçaqla hədələyərək 329 manat pulunu və mobil telefonunu aldıqlarını bildirmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Abşeron rayon sakini A.Həsənov və Bakı şəhər sakini İ.Əhmədov müəyyən edilərək saxlanılmışlar. 

Araşdırma aparılır.