Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində yol-nəqliyyat hadisəsi
19.06.2021İyunun 19-da saat 13 radələrində Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində Ağdam rayon sakini E.Əliyev idarə etdiyi “Moskviç” markalı avtomobili aşırmışdır. Nəticədə avtomobildəki sərnişin - Bərdə şəhər sakini Fərqanə Aslanova aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.