Qanunsuz silah saxladığına görə tutulmuş E.Məmmədovun törətdiyi digər cinayət əməlləri də müəyyən edilmişdir
19.06.2021Qanunsuz silah saxladığına görə tutulmuş E.Məmmədovun ətrafında Nizami (Gəncə) RPİ-nin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun xətt avtobusunda bir qadının çantasından mobil telefon, daha bir qadının çantasından içərisində 490 manat və sənəd olan pulqabı, bir evin həyətindən isə 450 manat dəyərində inşaat materialları oğurlaması da müəyyən edilmişdir.