Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilmişdir

19.06.2021

Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Mosul kəndi ərazisində yabanı halda bitmiş çəkisi 3,5 tona yaxın olan 5833 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir.

Qubadlı RPŞ və Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Əliquluuşağı kəndi ərazisində yabanı halda bitmiş çəkisi 3 tona yaxın olan 5630 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir.

İmişli RPŞ əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Göbəktala kənd sakini, əvvəllər məhkum olunmuş S.Ağayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd çətənə kolu, heroin və müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülmüşdür.