Münaqişə zəminində tüfəngdən açdığı atəşlə qardaşı Qələndəri öldürməkdə, həmkəndlisi C.Quliyevə xəsarət yetirməkdə şübhəli bilinən Ağdaş rayonun Abad kənd sakini M.Aləşrəfov saxlanılmışdır
17.06.2021Ağdaş RPŞ-yə iyunun 17-də saat 23 radələrində Abad kəndi ərazisində kənd sakini M.Aləşrəfovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə qardaşı Qələndəri öldürməsi, həmkəndlisi C.Quliyevə xəsarət yetirməsi barədə məlumat daxil olmuşdur.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Bu cinayət əməlini törətməkdə şübhəli bilinən M.Aləşrəfov saxlanılaraq istintaqa təhvil verilmişdir. Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülmüşdür.Xəstəxanaya yerləşdirilmiş C.Quliyevin vəziyyəti qənaətbəxşdir.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.