Bakı şəhər sakini Z.Əhmədzadədən tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülmüşdür
17.06.2021Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Əhmədzadə Suraxanı rayonu ərazisində saxlanılmışdır. Ondan “Beretta” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülmüşdür.