Ağcabədi rayonunun Avşar kəndində yaşayan İ.Şirinovun evinə baxış zamanı oradan silah-sursat aşkar edilərək götürülmüşdür
17.06.2021Ağcabədi RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Avşar kəndində yaşayan, əvvəllər məhkum olunmuş İ.Şirinovun evinə baxış zamanı oradan “AK-74” markalı silah, 1 ədəd patron darağı, 30 ədəd patron, 1 ədəd qumbara və içərisində barıt olan torba aşkar edilərək götürülmüşdür.