Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Suraxanı rayon sakini E.Babayevə məxsus avtomobili qaçırmaqda şübhəli bilinən B.Ağayev və T.İsmayılov saxlanılmışlar

16.06.2021

Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə müraciət edən Əmircan qəsəbəsində yaşayan E.Babayev iyunun 16-da saat 1 radələrində “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinənlər - Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar B.Ağayev və T.İsmayılov müəyyən edilərək həmin gün saat 10 radələrində Nərimanov rayonu ərazisində avtomobillə birgə saxlanılmışlar.

Araşdırma aparılır.

16.06.2021 tarixinə olan kriminal məlumatlar