Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ağdaş rayon sakini Q.Əzməmmədova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən B.Sadıqzadə və H.Hümmətov saxlanılmışlar

16.06.2021

Ağdaş RPŞ-yə  müraciət edən Cardam kənd sakini Q.Əzməmmədov iyunun 15-də kənd ərazisindən “QAZ-31” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil iyunun 16-da Ucar rayonu ərazisində tapılmış, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinənlər - kənd sakinləri B.Sadıqzadə və H.Hümmətov müəyyən edilərək saxlanılmışlar.

Araşdırma aparılır.

16.06.2021 tarixinə olan kriminal məlumatlar