Binəqədi rayonu ərazisində Zərdab rayon sakini S.Mehdixanlıya qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini S.Sadıqov saxlanılmışdır
16.06.2021Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 10-da Biləcəri qəsəbəsi ərazisində Zərdab rayon sakini S.Mehdixanlıya zor tətbiq edib cibindəki 90 manat pulu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Sadıqov saxlanılmışdır.