Gəncə şəhəri ərazisində yolu keçən şəhər sakini F.Mehdizadəni avtomobillə vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü E.Ələkbərov saxlanılmışdır
16.06.2021İyunun 15-də saat 21 radələrində Gəncə şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini F.Mehdizadə vurulmuşdur. F.Mehdizadə xəstəxanaya müraciət etməmişdir.
Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Lada” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini E.Ələkbərov müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.