Zaqatala şəhər sakini S.Abbasova məxsus avtomobildən 6 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür
16.06.2021Zaqatala RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini S.Abbasova məxsus “VAZ-21154” markalı avtomobilə baxış zamanı həmyerlisi, əvvəllər məhkum olunmuş A.Muhumayevə məxsus 6 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.