Aktiv koronavirus xəstəsi olan Gəncə şəhər sakini R.Həsənov ictimai yerdə aşkar edilərək saxlanılmışdı
16.06.2021Cari il aprelin 30-da Gəncə ŞBPİ-nin əməkdaşları tərəfindən ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsi olan şəhər sakini R.Həsənov ictimai yerdə aşkar edilərək saxlanılmışdı.
Polis əməkdaşları onunla izahedici söhbətlər aparmış, tibbi prosedurlar gözlənilməklə evinə qaytarılmış, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılmışdır.
Faktla əlaqədar 16.06.21 tarixdə Cinayət Məcəlləsinin 139-1-ci maddəsi ilə cinayət işi başlanmışdır.