Soyğunçuluqda şübhəli bilinən paytaxt sakini O.Quliyev saxlanılmışdır
15.06.2021Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il noyabrın 2-də Bakı şəhər sakini V.Əliyevə zor tətbiq edib 32 manat pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini O.Quliyev saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun Bakı şəhər sakini A.Məmmədova zor tətbiq edib mobil telefonunu talaması da müəyyən edilmişdir.