Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini V.Ələsgərov saxlanılmışdır
13.06.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Ələsgərov Nərimanov rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 806 qramdan artıq heroin, 262 qramdan artıq metamfetamin və narkotik vasitələrin dövriyyəsindən əldə edilmiş pulların yükləndiyi 1 ədəd bank kartı aşkar edilərək götürülmüşdür.